17:37 25-09-2014
news_image
806
TOP OYUNLARI

Oksana Parxomenkodan qələbə şərhi

Azərbaycan millisinin kapitanı Oksana Parxomenko dünya çempionatında Puerto-Riko ilə oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli voleybolçu çətin keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gəldikləri üçün sevincli olduğunu deyib.

 

Onun sözlərinə görə, 1 xalı itirməsəydilər, lap əla olardı: “Həqiqətən vacib matç idi və bunu layiqli qələbə ilə bitirdik. Biz bu matçlara uzun müddətdir hazırlaşırıq. Baş məşqçimizin də dediyi kimi qalib gəlməyimizə baxmayaraq, 1 xal itirdik”.