10:09 26-09-2014
news_image
1400
TOP OYUNLARI

Millimizin üzvü dünyanın bombardirləri siyahısında birincidi! - FOTO

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının III turundan sonra bombardirlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə 36 qarşılaşmadan sonra liderliyi Azərbaycan millisinin hücumçusu Polina Rəhimova ələ keçirib.

 

Natalya Məmmədovanın yoxluğunda komandamızın 1 nömrəsi olan voleybolçu Puerto-Rika ilə görüşdə topladığı 32 xal hesabına bütün rəqiblərini qabaqlayıb. III turdan sonra Rəhimovanın aktivində 74 dəqiq zərbəsi var. O, bu topladan 62-sini hücumda, 8-ni blokda, 4-nü isə eyslə qazanıb.

 

İkinci yerdə qərarlaşan puerto-rikolı Karina Okasio hücumçumuzdan 9 top geri (65) qalır. İlk “üçlük”də də dəyişiklik olub. Polina Karinanı qabaqladığı kimi Elitsa Vasileva (Bolqarıstan) Neriman Özsoyu (Türkiyə) arxada qoyub. Balkanlı 63 xalla 3-cü yerə yüksəlib.

 

Qeyd edək ki, 237 nəfərlik siyahıda Rəhimovadan başqa, millimizin daha 7 voleybolçusu yer alıb.