10:25 26-09-2014
news_image
1968
TOP OYUNLARI

“Levski” ilə “qızıl dubl”a imza atıb, Azərbaycan klubuna keçdi!

Yeni mövsümdə “Çelenc Cup”da oynayacaq “Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Bolqarıstan millisinin blokçusu Nasya Dimitrovanı rənglərinə bağlayıblar.

 

Hazırda yığmasının heyətində İtaliyada dünya çempionatında oynayan 22 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. Vətənində ən perspektivli oyunçulardan sayılan, Avropa Liqasında adından söz etdirməyi bacaran 190 sm boya malik Dimitrova Sofiya “Levski”sindən transfer edilib. O, bu klubla son mövsümdə ölkə çempionluğunu və kubokunu da başı üzərinə qaldırıb.

 

2008-ci ildən Bolqarıstan gənclər millisinə dəvət alan Nasya 3 sonra əsas komandaya dəvət olunub və həmin vaxtdan yığmasının formasını geyinir.

 

Qeyd edək ki, Bakı klubu Dimitrovadan öncə Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.