16:50 27-09-2014
news_image
642
TOP OYUNLARI

Millimizin baş məşqçisi: Həm müdafiə, həm də hücumda çoxlu səhvlərə yol verdik

“Biz bu gün pis oynadıq. Həm müdafiə, həm də hücumda çoxlu səhvlərə yol verdik. Belçika yığması isə normal çıxış etdi və az səhv etdilər. Biz sabah mütləq 3:0 hesabı ilə qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət yığmamızın baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Bu gün İtaliyada keçirilən qadın voleybolçulardan ibarət dünya çempionatında millimiz Belçikaya 0:3 hesabı ilə məğlub olub. Bu görüşlə bağlı kapitanımız Oksana Kurt Parxomenko fikirlərini bildirib: “Biz müdafiə, hücum və servisdə pis oynadıq. Digər tərəfdən rəqib də yaxşı çıxış etdi. Sabah biz ən yaxşı oyunumuzu göstərməliyik və 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməliyik”.

 

Qeyd edək ki, sabah millimiz Bakı vaxtı ilə saat 13:30-da D qrupunun autsayderi Kuba ilə qarşılaşacaq.