17:21 27-09-2014
news_image
391
TOP OYUNLARI

Belçika yığmasının çalışdırıcısı: Qələbə qazanmağı davam etdirməliyik

“Düşünmürəm ki, bundan sonra işimiz daha asan olacaq. Çünki biz bu çempionatda qələbə qazanmağı davam etdirməliyik. Van Hekke bu gün çox yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bunu Belçikanın qadın voleybolçulardan ibarət yığmasının baş məşqçisi Qert Vande Broek deyib.

 

Bu gün İtaliyada keçirilən qadın voleybolçulardan ibarət dünya çempionatında millimiz Belçikaya 0:3 hesabı ilə məğlub olub. Bu görüşlə bağlı rəqibin kapitanı Şarlott Leys də öz fikirlərini bildirib: “Çox təsirli və həyəcanlı oyun idi. Qızlar servis və müdafiədə çox yaxşı iş gördülər. Bu matç üçün azarkeşlərin dəstəyi bizə çox vacib idi”.