23:15 27-09-2014
news_image
1063
TOP OYUNLARI

Rəqiblərimizdən asiyalılar qalib gəldi - YENİLƏNİB

Bir günlük fasilədən sonra İtaliyada qadın voleybolçular arasında keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün qrup mərhələsində IV turun növbəti oyunları keçirilib

 

Millimizin rəqiblərindən öncə meydana yığmamızın məğlub etdiyi komandalar çıxıb. Hər iki görüşdə 3:2 hesabı ilə qalib gəldiyimiz Yaponiya ilə Puerto-Riko üz-üz gəlib. Matçda Asiya təmsilçisi rəqibinə heç bir şans verməyib - 3:0.

 

Digər oyunda isə voleybolularımızın darmadağın olduğu Çin ilə Kuba qızları qarşılaşıb. Bu görüşdə də sevinən tərəf asiyalılar olub. Çin voleybolçuları rəqibini darmadağın edib.

 

Qeyd edək ki, bu gün millimiz Belçika yığmasına 3:0 hesabı ilə uduzub.

 

DÇ-2014
D qrupu
27 sentyabr

 

Yaponiya – Puerto-Riko – 3:0 (25:21, 25:20, 25:19)

 

Çin – Kuba - 3:0  (25:15; 25:11; 25:18)

 

Belçika – AZƏRBAYCAN - 3:0 (25:21; 25:12; 25:21)

 

 

1. Çin

4

12

2. Yaponiya

4

10

3. Belçika

4

6

4. AZƏRBAYCAN

4

4

5. Puerto-Riko

4

4

6. Kuba

4

0