15:39 28-09-2014
news_image
569
DİGƏR NÖVLƏR

Velosipedçilərimiz qəzaya düşdü, DÇ-ni yarıda başa vurdular

İspaniyanın Ponferrada şəhərində keçirilən şose velosipedi üzrə dünya çempionatına bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ötən günsə Azərbaycan yığma komandasının son 2 üzvü qrup ötüşməsində mübarizə aparıb.

 

Bunlar gənclər yığmamızın üzvləri, iyulda keçirilmiş Avropa çempionatında 12-ci yeri tutan Elgün Əlizadə, həmçinin Kənan Qəhrəmanlıdır.

 

İdmançılarımız 127.4 km məsafəyə qrup ötüşməsində çıxış ediblər. Mübarizəyə Bakı vaxtı ilə saat 12:00-da start verilib. Təəssüf ki, hər iki velosipedçimiz yolboyu baş verən qəzalardan qaça bilməyərək yarışı yarımçıq başa vurublar.