13:03 29-09-2014
news_image
1315
TOP OYUNLARI

Azərbaycan yığması reytinq cədvəlində 6 pillə gerilədi

Beynəlxalq Voleybol Federasiyası (FİVB) kişi komandalar arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığması üçün uğurlu alınmayıb.

Mundialdan kənar qalan kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi komandamız 6 pillə geriləyib. Belə ki, 1 ay öncə açıqlanan cədvəldə 96-112-ci pillələri bölüşən millimiz bu dəfə 102-121-ci yerlərə şərikdir. Yığmamızın aktivində 6 xalı var.

 

Reytinq cədvəlinə dünya çempionatının finalında uduzan Braziliya (335) başçılıq edir. Mundial 5-ci yerdə başa vuran Rusiya millisi də “sambaçılar” kimi mövqeyini qoruyub. İkinci sırada olan şimal qonşularımız 330 xala malikdirlər. İlk “üçlüyü” isə dünya çempionu Polşa qapayır. İtaliya və ABŞ-ı qabaqlayan komanda reytinq xalını 275-ə çatdırıb.