15:11 29-09-2014
news_image
532
DİGƏR NÖVLƏR

Elçin Əsədov Odessadan çempion kimi qayıdır

Ukraynanın Odessa şəhərində ənənəvi "Grand-Prix Odessa" veloyürüşü keçirilib. Apasport.az saytının məlumatına görə, 100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 km məsafə qət ediblər.

 

Yarışın qalibi adını isə Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov qazanıb. O, məsafəni 2 saat, 57 dəqiqə, 49 saniyəyə başa vurub.

 

"Synergy Baku"nun digər üzvü Aleksandr Surutkoviç Elçindən 20 saniyə geri qalmaqla 3-cü olub.

 

Qeyd edək ki, Odessa Qran-Prisi gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınacaq və 1.2 kateqoriyasına malik olacaq.