21:20 29-09-2014
news_image
771
FUTBOL

PSJ Zlatan İbrahimoviçi itirdi

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsində sabah "Barselona"ya qarşı forma geyinə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb İsveç millisinin forvardının zədəsinin olmasıdır.

 

Bu gün tibbi müayinədən keçəndən sonra klubun həkimləri 32 yaşlı futbolçunun meydana çıxa bilməyəyi qənaətinə gəliblər.

 

Qeyd edək ki, PSJ – “Barselona” matçı sabah Bakı vaxtı ilə saat 23-45-də başlayacaq.