09:10 02-10-2014
news_image
548
TOP OYUNLARI

“Matçı qələbə ilə bitirmək istəsək də, buna nail ola bilmədik”

Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko dünya çempionatında İtaliyaya 1:3 hesabı ilə uduzduqları oyun barədə danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli kapitan məğlubiyyətlərinə səbəb kimi səhvlərini göstərib.

 

O bildirib ki, matça qələbə üçün çıxsalar da, rəqibin gücü buna imkan verməyib: “Bizim üçün çox çətin oyun oldu. İtaliya çox güclü komandadır. Matçı qələbə ilə bitirmək istəsək də, buna nail ola bilmədik. Görüşdə etdiyimiz səhvlər məğlubiyyətimizlə nəticələndi”.