00:00 03-10-2014
news_image
3341
TOP OYUNLARI

Dominikalılar millimizi sonuncu pilləyə göndərdilər - YENİLƏNİB

Ötən gün İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında II mərhələsinin II turunun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 7-ci oyun günündə Dominikan Respublikasının yığması ilə üz-üzə gəlib.

 

Bir gün öncə İtaliyaya uduzan komandamız bu dəfə də eyni aqibətlə üzləşib. Artıq gücü tükənən yığmamız yenə 1:3 hesabı ilə məğlub olub. Bu qələbə dominikalılar üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki indiyədək bütün görüşlərində 2 xal qazanan mərkəzi amerikalılar yalnız Aleksandr Çervyakovun yetirmələrində 3 xal alıb.

 

Digər görüşlərdə isə Yaponiya Almaniyaya, İtaliya Belçikaya, Çin isə Xorvatiyaya qalib gəlib. Lakin almanların 1 xal qazanması millimizi sonuncu pilləyə yuvarlayıb.

 

II qrup mərhələsi

E qrupu

2 oktyabr

II tur

Dominikan Respublikası - Azərbaycan - 3:1 (23:25; 25:11; 25:21; 25:17)

Bari. "PalaFlorio" salonu.

 

Almaniya - Yaponiya - 2:3 (25:23; 24:26; 19:25; 25:16; 11:15)

Trieste. "PalaTrieste" salonu.

 

İtaliya – Belçika - 3:0 (25:18, 25:22, 25:18)

Bari. "PalaFlorio" salonu.

 

Xorvatiya - Çin - 0:3 (12:25, 15:25, 15:25)

Trieste. "PalaTrieste" salonu.

 

Çin

5

5

0

15-2

408-308

14

İtaliya

5

4

1

14-5

437-363

13

Dominikan R

5

5

0

15-9

530-428

11

Yaponiya

5

2

3

12-12

501-512

8

Xorvatiya

5

2

3

8-13

394-474

5

Belçika

5

1

4

6-12

380-410

4

Almaniya

5

0

5

7-15

447-478

3

Azərbaycan

5

1

4

5-14

364-444

2