10:00 02-10-2014
news_image
582
TOP OYUNLARI

Yığmamızın lideri - FOTO

Qadın voleybolçular arasında dünya çempionatının II mərhələsinin I turu çərçivəsində İtaliya – Azərbaycan matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, apenninlilərin 3:1 hesabı ilə qalib gəldiyi matçın bombardiri Polina Rəhimova olub.

 

Hücumçumuz məhsuldarlıq nümayiş etdirərək, rəqibdən 28 xal alıb. Komandamızın digər voleybolçularından – Yana Ağayeva 9, Yelena Parxomenko, Yelena Parxomenko və Yekaterina Jidkova hərəyə 5, Kseniya Kovalenko 4, Ayşən Abduləzimova 2, Anastasiya Qurbanova ilə Odina Bayramova hərəyə 1 xala sevinib.  

 

Rəqibin heyətində isə Valentina Arrigetti 16, Antonella Del Kore 14 dəfə fərqlənib. İtaliyalıların ən məhsuldar oyunçusu bu yay Bakının “Lokomotiv” klubuna transfer olunub. Valentina Azərbaycana gəlməzdən əvvəl voleybolçularımıza öz gücünmü göstərə bilib.

 

Ümumi komanda hesabında isə yığmamız bütün göstəricilərdə meydan sahiblərinə uduzub.

 

İtaliya

Göstəricilər

Azərbaycan

50

Hücum

44

13

Blok

8

9

Servis

8

24

Səhvlər

28

96

Cəmi

88

70

Müdafiə

62

46

Qəbul

39

 

Qeyd edək ki, Polina Azərbaycan millisinin mundialda bütün görüşlərinin bombardiri olub.