14:03 02-10-2014
news_image
1235
DİGƏR NÖVLƏR

Gürcüstan millisi Azərbaycan çempionatına qatılacaq

Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin təqvim-planına əsasən Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edəcək.

 

Diqqət çəkən məqam ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançılarının da iştirakıdır.

 

Bundan başqa, Azərbaycan çempionatın açıq xarakterli olması Gürcüstan yığması 10 üzvünün də turnirdə mübarizə aparmasına imkan verir.

 

Ölkə çempionatının proqramı

 

4 oktyabr

Saat 15:00

Elit/U23/gənclər – 25 km fərdi ötüşmə

U17 – 20 km fərdi ötüşmə

U15 – 10 km fərdi ötüşmə

 

5 oktyabr

09:00. Elit/U23/gənclər – 126 km qrup ötüşməsi

16:00. U17 - 84 km qrup ötüşməsi

 

6 oktyabr

09:00. Elit/U23/gənclər - 105 km qrup ötüşməsi

16:00. U15 - 40 km qrup ötüşməsi

 

7 oktyabr

Saat 10:00

Elit/U23/gənclər – 85 km

U17 – 52 km

U15 – 17 km