09:55 03-10-2014
news_image
1006
TOP OYUNLARI

Rusiya işini çətinə saldı, Türkiyə mundialla vidalaşdı

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II mərhələsinin II turu başa çatıb. Apasport.az saytının məlumatına görə, F qrupunda baş tutan oyunlardan sonra mübarizə daha da gərginləşib.

 

Belə ki, Türkiyə millisinin Rusiyaya qalib gəlməsi, şimal qonşularımızın işini çətinə salıb. Əvəzində, növbəti qələbəsini qazanan serblər onları qabaqlayıblar. ABŞ və Braziliya voleybolçuları isə məğlub olmadan yollarına davam edirlər.

 

Bu qrupda II turdan sonra turnir cədvəli liderlər və autsayderlərə də bölünüb. Artıq Türkiyə, Hollandiya, Bolqarıstan və Qazaxıstanın qrupda qalacağı rəsmiləşib. III mərhələ üçün isə mübarizə digər 4 komanda – ABŞ, Braziliya, Serbiya və Rusiya arasında gedəcək.

 

 

II qrup mərhələsi

I tur

F qrupu

Serbiya – Qazaxıstan – 3:0 (25:13; 25:15; 25:20)

Türkiyə - Rusiya – 3:2 (23:25; 25:27; 25:22; 25:22; 15:13)

Braziliya – Hollandiya – 3:1 (23:25; 25:20; 25:16; 25:16)

Bolqarıstan – ABŞ – 0:3 (17:25; 19:25; 16:25)

 

ABŞ

5

5

0

15-2

445-367

15

Braziliya

5

5

0

15-4

451-385

14

Serbiya

5

4

1

13-6

440-396

11

Rusiya

5

3

2

12-8

487-437

10

Türkiyə

5

1

4

9-14

481-520

4

Bolqarıstan

5

1

4

6-14

404-462

3

Hollandiya

5

1

4

5-12

365-407

3

Qazaxıstan

5

0

5

0-15

276-375

0

 

Qeyd edək ki, E qrupunda oynayan Azərbaycan millisinin də mərhələ adlaya bilməyəcəyi dəqiqləşib.