14:06 03-10-2014
news_image
814
TOP OYUNLARI

Avrokubok üçün ilkin heyətini göndərdi - FOTO

Yeni mövsümdən CEV kubokunda oynayacaq “Lokomotiv” ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi avrokubok matçı üçün hələlik 10 voleybolçunun adını sifariş edib.

 

Ötən mövsüm uğursuz transfer siyasətinin “qurbanı” olan “dəmiryolçular” ilkin heyətə 3 oyunçunun adını daxil etməyiblər.

 

Millimizin üzvü Ülkər Kərimova istisna olmaqla, digər voleybolçular yeni nömrələrini də tanıyıblar.

 

“Lokomotiv”in ilkin heyəti

Ülkər Kərimova, 1. Lisa Tomsen, 4. Aneta Havlikova, 5. Sarka Kubinova, 6. Ayşən Abduləzimova, 7. Quinta Stenbergen, 11. Enn Buijs, 12. Evangeliya Çantava, 16. Oksana Kiselyova, 17. Valeriya Rosso.

 

Qeyd edək ki, “Lokomotiv” müqaviləsini rəsmiləşdirdiyi amerikalı Karli Lloyd, italiyalı Valentina Arriqetti və serbiyalı İvana Dersilio hələlik siyahıda yoxdur.