11:19 04-10-2014
news_image
699
TOP OYUNLARI

İtaliyalı baş məşqçi: Azərbaycan millisinə qarşı oynamaq maraqlı olacaq

“Əlbəttə, mən Azərbaycanda işlədiyim dövrü xatırlayıram”. Apasport.az saytının məlumatına görə, bunu voleybol üzrə qadınlardan ibarət Xorvatiya millisinin braziliyalı baş məşqçisi Ancelo Verçesi deyib.

 

İtaliyada keçirilən qadın voleybolçulardan ibarət millilər arasında dünya çempionatında bu gün II qrup mərhələsində III turun oyunlarına start veriləcək. Autsayder olan və növbəti mərhələyə çıxmaq şanslarını itirən millimiz Xorvatiya ilə qarşılaşacaq. Rəqib komandanın baş məşqçisi bizlərə yaxşı tanışdır. Bu, 2011/12 mövsümündə “Bakı” və ötən mövsüm “Azəryol”u çalışdırmış Ancelo Verçesidir.

 

İtalyan mənşəli 47 yaşlı mütəxəssis Azərbaycanla qarşılaşmağın onun üçün maraqlı olacağını bildirib: “Azərbaycanda işlədiyim dövr pis olmayıb. Mənə vaxtı ilə məşq etdiyim qızlardan bəzilərinin çıxış etdiyi Azərbaycan millisinə qarşı oynamaq maraqlı olacaq”.

 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.