00:30 06-10-2014
news_image
2972
TOP OYUNLARI

Millimiz mundialı məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün II qrup mərhələsinin  IV turunun oyunları başa çatıb.

 

Milli komandamız qrupda son matçına çıxıb. Ötən gün  Xorvatiyaya 1:3 (25:23, 23:25, 13:25, 23:25) hesabı ilə qalib gəlib, sonuncu yerdən canını qurtaran Aleksandr Çervyakovun yetirmələri bu dəfə Almaniya yığmasını sınağa çəkib.

 

Bu görüşdə voleybolçularımız məğlub olub. Komandamız 0:3 hesabı ilə uduzub. Bu məğlubiyyət millimizi E qrupunda sonuncu edib.

 

Digər görüşlərdə isə Yaponiya Dominikan Respublikasına 3:2 hesabı ilə qalib gəlib. İtaliya Çini, Belçika Xorvatiyanı 3:1 hesabı ilə üstələyib.

 

Beləliklə, aktivində 5 xal olan və turnir cədvəlində sonuncu olan millimiz mundialı məğlubiyyətlə tərk edib. 

 

 

5 oktyabr

IV tur

Almaniya - Azərbaycan - 3:0 (25:15; 25:23; 25:19)

Trieste. "PalaTrieste" salonu.

 

Dominikan Respublikası – Yaponiya - 2:3 (21:25; 23:25; 25:19; 25:23; 12:15 )

Bari. “Palaflorio” salonu.

 

İtaliya – Çin - 3:1 (22:25; 25:18; 26:24; 25:17)

Bari. “Palaflorio” salonu.

 

Xorvatiya – Belçika - 1:3 (12:25; 23:25; 25:23; 18:25)

Trieste. "PalaTrieste" salonu.

İtaliya

7

6

1

20-6

610-509

19

Çin

7

6

1

19-7

599-504

16

Dominikan R

7

5

2

19-15

734-686

13

Yaponiya

7

3

4

15-17

670-693

10

Almaniya

7

2

5

13-15

597-591

9

Belçika

7

3

5

9-16

534-563

7

Xorvatiya

7

2

5

10-19

556-670

5

Azərbaycan

7

2

5

8-18

519-603

5