16:46 05-10-2014
news_image
668
TOP OYUNLARI

Xorvatiya millisinin baş məşqçisi komandamızı təriflədi

“Azərbaycan qələbə münasibəti ilə təbrik edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Xorvatiya millisinin baş məşqçi Ancelo Vercesi deyib.

 

O, ötən gün İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II qrup mərhələsinin III turunda yığma komandamıza 3:1 hesablı məğlubiyyət haqqında danışıb.

 

Vercesi millimiz haqqında xoş sözlər söyləyib: “Onlar bir çox xüsusiyyətdə bizdən yaxşı oynadı. Rəqibimiz güclü xarakter göstərdi. Azərbaycan qəbulda və hücumda çox yaxşı idi. Polina görkəmli oyunçudur. Həmiçinin onun ətrafında yaxşı mübarizə aparan və əla komanda yoldaşları var”.