17:19 05-10-2014
news_image
636
TOP OYUNLARI

“Azərbaycan bizdən daha yaxşı mübarizə apardı”

“Azərbaycanı öncə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Xorvatiya millisinin kapitanı Maya Poljak deyib.

 

O, İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II qrup mərhələsinin III turunda yığma komandamıza 3:1 hesablı məğlubiyyətə şərh verib: “Biz matçda bütün elementləri yaxşı oynamağa qadir olmadıq. Azərbaycan voleybolçuları xüsusilə, hücumda və blokda çox yaxşı idilər. Rəqibimiz bizdən daha yaxşı mübarizə apardı”.