17:33 05-10-2014
news_image
1552
TOP OYUNLARI

Azərbaycanlılar üz-üzə gəldi, Cavid yenə qol vurdu - VİDEO

Türkiyə PTT I divizionunda V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, ötən gün millimizin sabiq üzvü Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budaqın çıxış etdiyi “Qaziantepspor BB” öz meydanında digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”la üz-üzə gəlib.

 

Matçda qalib müəyyənləşməyib - 2:2. Komandasının hesabda 1:0 geri olduğu zaman İmamverdiyev matçın 38-ci dəqiqəsində “Elazığspor”da növbəti qolunu vurub. Cavid ötən tur “Orduspor”la qarşılaşmada da fərqlənmişdi.

 

Qeyd edək ki, Ufuk Budakla Cavid İmamverdiyev oyunun  start heyətində yer alıb. Ufuk 46-cı, Cavid 80-ci dəqiqədə əvəzlənib. Vaqif Cavadov 73-cü, Rəhman Hacıyev 87-ci dəqiqədə meydana çıxıb.