23:30 05-10-2014
news_image
513
TOP OYUNLARI

Almaniyanın baş məşqçisi komandamızı məğlub etmələrinə şərh verdi

“Bu ​​gün biz real alman komandası gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Qiovanni Quidetti deyib.

 

O, ötən gün İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II qrup mərhələsinin IV turunda yığma komandamıza 3:0 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Biz meydanda böyük döyüş ruhu göstərdik. Bu, mənim komandamın əsas xüsusiyyətidir. Qızlar hər matçda əllərindən gələni edir, amma bu gün əla mübarizə apardılar. Mən Triestedə təşkilatçılığa təşəkkür etmək istəyirəm. Hər şey əla idi və şəhər gözəldir”.

 

Almanların kapitanı Marqareta Kozuç isə buları dilə gətirib: Mundialı yaxşı bir matçla başa vurmaq yaxşı hissdir. Biz blok və müdafiədə əla çıxış etdik və istədiyimiz nəticəni də qazandıq”.