13:02 06-10-2014
news_image

6-sı irəlilədi, 2-si gerilədi

Beynəlxalq Cüdo Federasiyası oktyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı  Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

 

Belə ki, təmsilçilərimizdən Tural Səfquliyev (81 kq) 3, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) 1 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 52-ci, 6-cı, 11-ci, 47-ci, 4-cü və 23-cü yerə yüksəliblər.

 

Cüdoçularımızdan Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qoruyublar. Həmyerlilərimiz müvafiq olaraq, yenə 10-cu, 85-ci və 3-cüdürlər.

 

Yeni reytinqdə yığmamızın üzvlərindən Rüstəm Orucovla (73 kq) Şahin Qəhrəmanov (90 kq) isə geriləyənlər sırasındadır. Orucov 14-cü (-1), Qəhrəmanov 25-ci pilləyə düşüb.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.