13:47 06-10-2014
news_image
2589
TOP OYUNLARI

Yığmamızın oyunçusundan yeni müqavilə

Azərbaycan millisinin voleybolçusu Yuliya Pşeniçnıxın yeni mövsümdə oynayacağı komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, 18 yaşlı hücumçu karyerasını “Azərreyl”də davam etdirəcək.

 

Pşeniçnıx 2013-cü ildən şərəfini qoruduğu “dəmiryolçular”la müqaviləsini 1 illiyə uzadıb.

 

Qeyd edək ki, Bakı klubu Yuliyadan öncə Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Nasya Dimitrova, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.