15:01 06-10-2014
news_image

Millimiz Astanaya getməkdən imtina etdi

Cüdo üzrə Azərbaycan millisi daha bir yarışı buraxacaq. Apasport.az saytının məlumatına görə, son aylar bir çox mötəbər turnirlərdən kənar qalan yığmamız oktyabrın 10-12-də Astanada keçiriləcək Qran-pri turnirinə qatılmayacaq.

 

Artıq iştirakçı ölkələrin adları açıqlanıb. Azərbaycanın millisinin kənardan izləyəcəyi və reytinq xalı verəcək turnirdə 42 ölkədən 452 cüdoçu qüvvəsini sınayacaq.