00:01 08-10-2014
news_image
1369
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmişzadə ilk döyüşdə uduzdu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, 81 boksçunun mübarizə apardığı yarışın ilk günündə 18 döyüş keçirilib.

 

İlk günün əsas sensasiyası 52 kq çəki dərəcəsində qeydə alınıb. İki dəfə Avropa çempionatının mükafatçısı olmuş Elvin Məmişzadə gərgin mübarizədə “Rabitə”nin üzvü Murad Əliyevə uduzub -1:2.

 

75 kq çəki dərəcəsində son Azərbaycan çempionatının qalibi Haybulla Musalov yarışa qələbə ilə başlayıb. O, “Baku Fires” klubunun üzvü Orxan Mayıllıdan üstün olub – 3:0. “Baku Fires”in daha bir üzvü, ilk dəfə ölkəmiqyaslı yarışda iştirak edən Arslanbek Mahmudov da (91+kq) növbəti mərhələyə vəsiqə qazanıb. Mahmudov gərgin mübarizədə Asəf Aslanlını məğlub edib -2:1.  Superağır çəki dərəcəsində Hacı Murtuzəliyev də turnirə qələbə ilə başlayıb.

 

69 kq çəki dərəcəsində milli komandamızın 1-ci nömrəsi Pərviz Bağırov Pərviz Hüseynov üzərində qələbə qazanıb – 3:0. 69 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Tamerlan Abdullayev də 1/4 finala vəsiqə qazanıb. Onun rəqibi Fərid İsmayılov zədələndiyindən, döyüşü sonadək davam etdirə bilməyib.

 

56 kq

Qoşqar Səfərli (DİN İC) – Nurlan Qasımlı (Neftçı) - 2:1

Rahid Həbibzadə (Gilan) – Fərid Ağamoğlanov (Rabitə) - 0:3

 

75 kq

Kamran Şahsuvarlı (Qəbələ) – Nəbi Bağırov (Təhsil) nokautla Şahsuvarlı qalib gəlib

Ruhin Şabanov (Qəbələ) – İlkin Əliyev (Qəbələ) Şabanov qalib elan olunub

Orxan Mayıllı (Neftçi) – Haybulla Musalov (Baku Fires) - 0:3

Sübhan Abbasov (Neftçi) – Eldar Quliyev (Gilan) - 0:3

91+kq

Arslanbek Mahmudov (Baku Fires) – Asəf Aslanlı (Qəbələ) - 2:1

Kamran Mehdiyev (Rabitə) – Ağalar Sadıqzadə (Sərhədçi) Sadıqzadə diskvalifikasiya olunub

Sadiq Səmədov (Neftçi) – Hacı Murtuzəliyev (Baku Fires) - 0:2

 

49 kq

Hacıbala Fərzəliyev (Gilan) – Araz İmaməliyev (Gilan) - 1:2

Cavid Dadaşov (Neftçi) – Maqomed İbiyev (Baku Fires) - 1:2

 

52 kq

Murad Əliyev (Rabitə) – Elvin Məmişzadə (Gilan) - 2:1

 

69 kq

Ramal Aslanov (Gilan) - Şəmistan Novruzov (Gilan) Aslanov tam üstünlüklə qələbə qazanıb

Pərviz Bağırov (Neftçi) – Pərviz Hüseynov (Gilan) - 3:0

Şahin Həsənov (Neftçi) – Coşğun Əliyev (Rabitə) - 0:3

Çingiz İslamov (Sərhədçi) – Elsevər Əzizov (Qəbələ) İslamov diskvalifikasiya olunub

Fərid İsmayılov (Gilan) – Tamerlan Abdullayev (Rabitə) Abdullayev qalib elan olunub

91 kq

Heydər Heydərov (Gilan) – Rahil Məmmədli (Qəbələ) - 1:2