20:05 08-10-2014
news_image
575
TOP OYUNLARI

Rəqibimizin qapıçısı bəraət axtarmamağı məsləhət gördü

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi İtaliya yığması və “Yuventus”un qapıçısı Canluici Buffon A seriyasının VI turunda “Roma” üzərində qazandıqları əzmkar qələbədən sonra gedən müzakirələrə son qoyulmasını istəyir. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper məğlubiyyətlərdən sonra bəraət qazanmaq zəiflərin işidir ifadəsini işlədib.

 

“Yuventus” - “Roma” qarşılaşmasında görüşün baş hakimi Canluka Rokki 3 penalti təyin edib ki, bunlardan da 2-sini “canavarlar”ın qapısına verib. Turin klubunun 3:2 hesabı ilə qalib gəldiyi görüşdə meydan sahibləri qazandıqları hər iki 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu matçdan sonra İtaliya Futbol Federasiyası Rokkiyə qarşıda baş tutacaq 2 tur oyunlarından məhrum edib.

 

Yerli mətbuata açıqlamasında rəqibimizin qapıçısı bildirib ki, uduzanlar bəraət axtarırlar: “Qaliblər həmişə müvəffəqiyyətə yol axtarırlar. Məğlublar isə buna bəraət qazandırmağa çalışırlar. Bu fikir gündəlik həyatda və idmanda hamı təfindəndən müzakirə olunur. Mən bəraət axtarmamağı məsləhət görürəm”.

 

Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 10-da Palermo şəhərində “Rentso Barbera” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq.