17:34 10-10-2014
news_image
915
TOP OYUNLARI

Foluke Akinradevo: Özümü Bakıda çox xoşbəxt hiss edirəm - MÜSAHİBƏ

“Rabitə”nin amerikalı voleybolçusu Foluke Akinradevo dünya çempionatının III qrup mərhələsində Rusiya ilə oyundan sonra KİV nümayəndələrinin əhatəsinə düşüb. Apasport.az saytının məlumatına görə, təcrübəli blokçu yığmasının mundialdakı oyununu dəyərləndirib və Bakı klubu barədə fikirlərini açıqlayıb.  

 

- Rusiya üzərində 3:1 hesablı qələbənizi asan saymaq olarmı?

- Bəli, biz özümüzə inanır, gücümüzü bilirdik. Oyun planımızda müəyyən dəyişikliklər oldu. Rusiya həqiqətən güclü komandadır və bunun üçün də əvvəlcədən bu hesabla qələbə qazanacağımızı deyə bilməzdik. Çox risk edərək, istəyimizi reallaşdırdıq.

 

- I qrup mərhələsi ilə müqayisədə Rusiyanın sizi daha yaxşı öyrənmək üçün kifayət qədər vaxtı vardı. Amma siz bu dəfə daha inamlı oynayıb, 3:1 hesabı ilə başa çatan birinci matçdan gözəl oyun göstərdiz. Oyunda hansı dəyişiklik edilmişdi?

- Biz ilk mərhələdə 1 xala köklənmişdik. Hər şeyi bir anda etməyə çalışmırdıq. Servislərdə böyük iş gördük. Qələbə qazanmaqda elə bir problemin olmadığını düşünürdük.

- Artıq siz III qrup mərhələsində hər 2 matçınızı başa vurmusuz. Hər şey İtaliya – Rusiya oyunundan asılı olacaq. Yarımfinala çıxacağınızı gözləyirsinizmi?
- Ümid edirəm ki, bu, belə olacaq. Biz bura qədər hər şeyin ən yaxşısını etdik. Əlimizdən gələn qədər yaxşı oyun göstərib, Rusiya üzərində də qələbə qazandıq. Amma qarşıda nə olacaq, onu da görəcəyik.

- Klubunuzdan nə gözləyirsiniz? Ötən ili zədə səbəbindən boşa verdiyinizdən, bu sizin “Rabitə”də 2-ci mövsümünüz olacaq...
- Hələ heç nə bilmirəm. Mən hər gün daha yaxşı oynamağa çalışıram. Amma çox həyəcanlıyam. Çünki ötən mövsüm əməliyyat olundum və meydana çıxmaq imkanım olmadı. “Rabitə”yə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Düşünürəm ki, biz olduqca güclü bir komanda olacağıq.

- Azərbaycan paytaxtı Bakını xoşlayırsızmı?
- Bu, mənim “Rabitə”də ikinci aktiv ilim olacaq. Çünki son mövsümü zədəyə görə oynaya bilmədiyimi dedim. Orada çoxlu amerikalı oyunçular var. Belə dostlarımın olması Bakıda yaşamağımızı asanlaşdırır. Bir sözlə, özümü Bakıda çox xoşbəxt hiss edirəm.