09:23 13-10-2014
news_image
1337
TOP OYUNLARI

Bakı “Lokomotiv”i uğursuz legionerlə “gücləndi”

“Lokomotiv” yeni mövsüm üçün heyətini formalaşdırıb. Apasport.az saytının məlumatına görə, son mövsümü uğursuz başa vuran “dəmiryolçular”ın 14-cü transferi Serbiya millisinin sabiq 4-cü zona hücumçusu Aleksandra Srnçeviç olub.

 

185 sm boya malik 27 yaşlı voleybolçu Yaponiyanın “Pioneer Red Vinqs” klubundan transfer olunub. Yığmasının heyətindən zəif olduğu üçün uzaqlaşdırılan Srnçeviçlə 1 illik müqavilə imzalanıb.

 

İndiyədək hansısa adlı-sanlı komandada oynamayan Aleksandra Azərbaycana gələnədək ölkəsində “Postar 064”lə (2002-2007) “Dinamo”nun (2007-2008), Yunanıstanda “İonikos” (2008-2009), “Markopoulou” (2009-2010) və “Olimpiakos”un (2010), Rumıniyada “Dinamo-Romprest” (2010-2011), Fransada isə “Haynaut”un (2011-2013) formasını geyinib. O, Yaponiya klubu da daxil olmaqla, heç bir xarici komandada titul qazanmayıb. Srnçeviç yalnız “Postar 064”ün heyətində 2 dəfə Serbiya çempionatının qızıl medalını qazanıb, 3 dəfə ölkə kubokuna yiyələnib.  

 

Qeyd edək ki, “Lokomotiv” serbdən öncə Ülkər Kərimova, Oksana Kiselyova, Ayşən Abduləzimova (hər üçü Azərbaycan), Valeriya Rosso, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), İvana Dersilio (Serbiya), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Aneta Havlikova, Sarka Kubinova (hər ikisi Çexiya) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.