10:26 14-10-2014
news_image
890
TOP OYUNLARI

“Lokomotiv”in 27 yaşlı transferi Azərbaycana axtarışa gəlir - FOTO

“Lokomotiv”in yeni transferi Aleksandra Srnçeviç Bakı klubuna maraqlı istəklə gəlib. Apasport.az saytının məlumatına görə, serbiyalı 4-cü zona hücumçusu 27 yaşı olmasına baxmayaraq, Azərbaycana yeni təcrübə toplamaq üçün gəldiyini bildirib.

 

Srnçeviç “worldofvolley” portalına açıqlamasında deyib ki, karyerasında dəyişiklik etməyin vaxtıdır. Yaponiyanın “Pioneer Red Vinqs” klubundan transfer olunan oyunçunun sözlərinə görə, başlanğıca hələ indi hazırdır: “Yaponiyada yaxşı təcrübə qazandıqdan sonra nəyisə tamamlamağın, dəyişiklik etməyin zamandır. Artıq Azərbaycanda oynamaq vaxtıdır. Növbəti mövsümdə Bakı “Lokomotiv”inin şərəfini qoruyacam. Buna şadam. Yeni təcrübə və başlanğıc üçün də tam hazıram”.