14:59 14-10-2014
news_image
1664
TOP OYUNLARI

Kapitan “gəmini” tərk etdi - FOTO

“Azəryol” daha bir voleybolçusu ilə rəsmən vidalaşıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü titulsuz başa vuran Bakı təmsilçisi kapitan Yuside Sillie ilə müqaviləni uzatmağa ehtiyac duymayıb.

 

Bu səbəbdən də 30 yaşlı kubalı toppaylayıcı karyerasını Polşada davam etdirməyə qərar verib. O, artıq “İmpel”lə razılığa gələrək, 1 illik müqaviləyə imza da atıb.

 

Bununla, Sillienin 2 illik Azərbaycan karyerası bitib. O, “Azəryol”a “Azərreyl”dən keçmişdi.

 

Qeyd edək ki, yeni mövsümdə də Çempionlar Liqasında oynayacaq “Azəryol” daha öncə baş məşqçi Ancelo Vercesi ilə yanaşı, legionerlər - braziliyalı Fernanda İsis, italiyalı Çyara di Yulio, almaniyalı Marqareta Kozuxla Lisa Tomsen və dominikalı Anneris Varqasla vidalaşıb.