09:05 15-10-2014
news_image

Millimiz 1 nəfərin ümidinə qaldı

Oktyabrın 16-dan 18-dək Daşkənddə cüdo üzrə Qran-pri turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, müəyyən müddətdi yarışlara qatılmayan Azərbaycan millisi bu dəfə Özbəkistana yollanacaq.

 

Ancaq bir vaxtlar bəzi çəkilərdə hətta 2 idmançı ilə təmsil olunan yığmamız Qran-priyə cəmi 1 cüdoçu ilə gedəcək. Ölkəmizin idman şərəfini Mahir Cəfərli (66 kq) qoruyacaq.

 

Yarışda ümumilikdə 45 ölkədən 316 idmançı qüvvəsini sınayacaq.