11:56 15-10-2014
news_image
792
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Cəmisi 3 şansları vardı

“İlk mərhələdə şahmatçılarımızın çıxışını nisbətən uğursuz adlandırardım. Uğurlu bir şey yoxdu”. Bunu apasport.az saytına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

 

Qurum rəsmisi Bakıda keçirilən Qran-prinin I mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, 12 şahmatçı arasında 12 turun yekununa əsasən 5,5 xalla 8-ci yerdə qərarlaşan Teymur Rəcəbovun və ondan 0,5 xal az toplayaraq, 9-10-cu yerlərə şərik olan Şəhriyar Məmmədyarov özlərini yaxşı tərəfdən göstərə bilməyiblər: “Çünki cəmi 3 şansları vardı. Əfsuslar olsun ki, bunun birindən istifadə edə bilmədilər. Digər 2 şans birinci yer nəticəsində ümumi qələbəyə ümid yarada bilər. Bu isə böyük səy və əzmkarlıq sayəsində reallaşa bilər. Həmçinin, həmin mərhələlərdə uğur da şahmatçılarımızın tərəfində olmalıdır”.

 

Qeyd edək ki, Fabiano Karuana (İtaliya) və Boris Gelfand Bakı mərhələsində 6,5 xalla ilk 2 yeri bölüşüblər. Qaydalara əsasən, turnirə qatılacaq 16 şahmatçı 3 mərhələdə qüvvəsini sınayacaq.

 

Yarışın növbəti mərhələsi isə Özbəkistan paytaxtı Daşkənddə olacaq. Burada oktyabrın 20-dən noyabrın 3-dək baş tutacaq matçlardan sonra Qran-pridə fasilə yaranacaq.

 

3-cü mərhələnin görüşləri 2015-ci ilin 14-28 fevralında İranın paytaxtı Tehranda oynanılacaq. Son mərhələyə isə Rusiya paytaxtı Moskva ev sahibliyi edəcək. Bu oyunlar həmin il mayın 13-27-də keçiriləcək.