17:20 15-10-2014
news_image

Cüdoçumuz üçün rusiyalı rəqib

Daşkənddə keçiriləcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq yeganə təmsilçimiz Mahir Cəfərli də rəqibini tanıyıb.

 

Belə ki, 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq həmyerlimiz 1/16 final mərhələsindən azaddır. O, 1/8 finalda rusiyalı Denis Lavrentiyevlə qarşılaşacaq. Cəfərli görüşlərini sabah keçirəcək.

 

Qeyd edək ki, oktyabrın 16-da start götürəcək yarış 3 gün davam edəcək.