10:03 16-10-2014
news_image
646
DİGƏR NÖVLƏR

Avropa çempionatı başlayır - FOTO

Bu gün Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatına start veriləcək. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, qitənin 30-dan artıq ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.

 

Təmsilçilərimizdən Olqa İsmayılova 200 və 500 metr məsafəyə sprint, həmçinin keyrin növündə qitə çempionatının medallarını qazanmağa çalışacaq. Digər qadın idmançımız Yelena Pavluxina fərdi izləmə, xal ötüşməsi, skretç və omnium yarışlarında çıxış edəcək. Sergey Omelçenko isə 200 metr məsafəyə sprint, həmçinin keyrin yarışlarında mübarizə aparacaq.

 

Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.