12:57 16-10-2014
news_image

Cüdoçumuz Qran-priyə getməyə peşman oldu

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Mahir Cəfərli mübarizəyə bu gün başlayıb.

 

Lakin 66 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz Qran-piyə yollanmasına peşman olub. O, birinci qarşılaşmasında rusiyalı Denis Lavrentiyevə uduzub. Rəqib isə 1/4 final səddini keçə bilmədiyindən Cəfərli turnirlə vidalaşıb.