13:18 16-10-2014
news_image
754
TOP OYUNLARI

“Azəryol” libasını dəyişir - FOTO

“Azərreyl”in ardınca “Azəryol”un da mövsümə yeniliklə başlayacağı məlum olub. Apasport.az saytının məlumatına görə, bu il qarşısına ciddi məqsədlər qoyan Bakı təmsilçisi indiyə kimi heç bir komandamızın atmadığı addımla diqqət mərkəzinə düşəcək.

 

Belə ki, “Azəryol” oktyabrın 19-da təqdimat mərasimi təşkil edəcək. Saat 17:00-da Voleybol Mərkəzində start götürəcək tədbirdə klubun yeni himni, talismanı, loqotipi və forması ictimaiyyətə təqdim olunacaq.

 

“Azərreyl” kimi şortdan imtina edərək, ətəkliklə oynayacaq komanda təqdimatın ardınca Bakıda qonaq olan Krasnodar “Dinamo”su ilə üz-üzə gələcək.