23:01 16-10-2014
news_image
794
DİGƏR NÖVLƏR

Ovçu dovşanla velosipedçini səhv saldı - FOTO

Şose velosiped yarışları üzrə Avstriyanın keçmiş çempionu (1993) Kristian Koshir-Bitante yoldaşları ilə məşq keçən zaman ölümdən dönüb. Apasport.az saytının məlumatına görə, 41 yaşlı idmançı İtaliyanın Vinçensa şəhəri yaxınlığında bir ovçu tərəfindən vurulub.

 

Kristianı dovşanla qarışdıran yerli ovçu onu güllələyib. Velosipedçi gözlənilməyən atəşdən sonra əl və ayağından yaralanıb. Təəcili tibbi yardımın ilkin müdaxiləsindən sonra qadın idmanı xətaxanaya aparılıb.

 

Hazırda Koshir-Bitantenin sağlıq durumu normaldır.

 

Qeyd edək ki, Kristianı vuran yerli ovçu polislər tərəfindən saxlanılıb. O, “dovşan vurmaq istədim” - deyərək, özünü müdafiə edib.