08:31 17-10-2014
news_image
759
TOP OYUNLARI

Bakı klubundan “Qalatasaray”a zərbə - FOTO

Türkiyədə hazırlıqlarını davam etdirən “Lokomotiv” voleybol klubu ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın rəqibi “Qalatasaray” olub.

 

Oyuna yaxşı başlayan Bakı təmsilçisi ilk 2 setdə ciddi müqavimətlə üzləşməyib. Hər 2 hissədə öndə olub və qalib gəlib. Üçüncü setdə istanbullular fəallaşsalar da, ardınca “Lokomotiv” yekun hesabı müəyyənləşdirib - 3:1 (25:22; 25:17; 20:25; 25:22).

 

Qeyd edək ki, ilk sınaq matçında “Əzcaçıbaşı”ya da qalib gələn “Lokomotiv” bu gün Türkiyədə axırıncı yoldaşlıq oyununa çıxacaq. Rəqib yenə “Qalatasaray” olacaq. Komanda sabah Bakıya dönəcək.