10:44 17-10-2014
news_image
1311
TOP OYUNLARI

Federasiya gizlədir, "apasport" tapır: Voleybol yığmamız baş məşqçisiz qaldı! - FOTO

Futbol yığmamızda olduğu kimi, kişi voleybolçulardan ibarət Azərbaycan millisi də baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası kubalı Sillie Tabares Leonardo ilə yolları gizlicə  - təxminən 3 ay öncə ayırıb.

 

Ötən ilin noyabrında mərkəzi amerikalı ilə 2 illik müqavilə bağlanılsa da, onun işi qurumu razı salmayıb.

 

Daha doğrusu, yığmamız U-20-lər arasında Avropa çempionatında, Avropa Liqasında və bir sıra yarışlarda yalnız qrup sonuncusu olduğundan Leonardo ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.

 

Kubalı mütəxəssis artıq müəyyən müddətdi vətəninə qayıdıb. Onun əvəzləyicisinin adının bugünlərdə müəyyənləşəcəyi bildirilir.

 

Qeyd edək ki, Leonardonun qızı, ötən mövsüm “Azəryol”un kapitanı olmuş Yuside Sillie də artıq Bakı klubundan göndərilib. Onunla başa çatan müqavilə yenilənməyib.