14:22 17-10-2014
news_image
949
TOP OYUNLARI

İspanlar dağılan komanda üçün Bakıya gəlirlər

“Loqrono” voleybol klubu CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində “İqtisadçı” ilə oynayacağına ümid edir. Apasport.az saytının məlumatına görə, “universitet komanda”sının dağılmasından xəbərsiz olan ispaniyalılar Bakı səfərinin tarixini də müəyyənləşdiriblər.

 

İspaniyalı həmkarlarımızın yazdıqlarına əsasən, noyabrın 12-də “tələbələr”i qəbul edəcək “Loqrono” cavab matçına həmin ayın 25-də çıxacaq. Lakin bunun nə dərəcədə düzgün olmasına sabah aydınlıq gələcək. Çünki hazırlığa başlamayan “İqtisadçı” hələ Avropa Voleybol Konfederasiyasına ilkin sifariş vərəqəsini yollamayıb.

 

Qeyd edək ki, “İqtisadçı”nın yoluna davam edib-etməyəcəyi sabah bilinəcək. Komandanın yeni sponsorla yarışlara qatılacağı halda, adının da dəyişəcəyi istisna olunmur.