15:27 17-10-2014
news_image
795
DİGƏR NÖVLƏR

40 ölkənin yığması Qəbələyə gəlir

Oktyabrın 21-28-də Qəbələdə keçiriləcək atıcılıq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız yarışa 4 idmançı ilə qatılacaq.

 

Belə ki, rəsmi açılış mərasimi oktyabrın 22-nə təsadüf edəcək Dünya Kubokunda ölkəmizin idman şərəfini Nurlana və Emin Cəfərovlar (hər ikisi stend açıcılığı), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) qoruyacaqlar.

 

Qeyd edək ki, yarışa 40 ölkədə 280 snayper, ümumilikdə 500-dək qonaq qatılacaq. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.