19:10 18-10-2014
news_image
661
TOP OYUNLARI

“Qalatasaray” Azərbaycan klubundan qisasını aldı

Türkiyədə hazırlıqlarını davam etdirən voleybol üzrə “Lokomotiv” klubu dünən İstanbulda üçüncü - son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın rəqibi yenə “Qalatasaray” olub.

 

İlk setdə öndə olan Bakı təmsilçisi bunun davamını gətirə bilməyib. Nəticədə komandamız məğlub olub - 1:3 (25:16; 27:29; 21:25; 24:26). Bununla da “Qalatasaray” “Lokomotiv”dən qisasını alıb.

 

Qeyd edək ki, “Lokomotiv” ilk sınaq matçında “Əzcaçıbaşı”ya da qalib gəlmişdi – 3:2. “Dəmiryolçular” daha sonra “Qalatasaray”ı 3:1 hesabı ilə məğlub etmişdi. Təmsilçimiz artıq bu gün Bakıya qayıdıb.