11:00 20-10-2014
news_image
575
TOP OYUNLARI

“Rabitə” Türkiyədən 1 qələbə, 1 məğlubiyyətlə qayıtdı

“Rabitə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlıqlarını davam etdirən Azərbaycan çempionu qonşu ölkədə 2 matçda nəyə qadir olduğunu nümayiş etdirib.

 

Səfərə əsas heyət oyunçuları – dünya çempionları Foluke Akinradevo, Tori Dikson, həmçinin Aurea Kruz, Françeska Ferretti və Brenda Kastilyosuz yollanan Bakı təmsilçisi bu qarşılaşmalarda 1 qələbə qazanıb.

 

Belə ki, Dejan Brdjoviçin yetirmələri ilk matçda “Vakıfbank”a uduzublar - 1:3 (21:25; 13:25; 32:30; 27:29). Buna baxmayaraq, “Rabitə” “Beşiktaş”a gücünü göstərib. Təmsilçimiz “qara qartallar”ı “quru hesab”la məğlub ediblər – 3:0 (26-24; 25-19; 25-23).

 

Qeyd edək ki, “Rabitə” bu həftədən məşqlərini tam heyətlə edəcək.