09:56 21-10-2014
news_image
689
TOP OYUNLARI

Bolqarıstan millisinin oyunçusu Azərbaycanı tərk etdi - FOTO

Bolqarıstan millisinin voleybolçusu Mariya Filipova 4 illik Azərbaycan karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in uğursuz mövsümdən sonra müqaviləsini artırmadığı 32 yaşlı liboro yeni ildən vətənində oynayacaq.

 

“Dəmiryolçular”la Super Liqanın gümüş və “Çelenc Cup”ın qızıl medallarını qazanan Filipova Sofiya MOİK-i ilə danışıqları müsbət yekunlaşdırıb. O, artıq “hərbiçilər”lə 1 illik rəsmi müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, “Lokomotiv” ötən mövsüm heyətində yer alan bütün oyunçuların müqaviləsinin artırılmamasına qərar verib.