10:56 21-10-2014
news_image
1094
TOP OYUNLARI

“Azəryol” itirə-itirə gedir - FOTO

Azərbaycan yığmasının voleybolçusu Aleksandra Prupasın karyerasında fasilə yaranıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 20 yaşlı milliləşdirilmiş 4-cü zona oyunçusunun analıq məzuniyyətinə çıxmasıdı.

 

Axırıncı ili “Azəryol”da keçirən, böyük ümidlər bəslənilən Prupasın ən azı 2014/2015 mövsümünü boşa verəcəyi dəqiqdi. Bu müddətin daha 1 il il arta biləcəyi də istisna olunmur.

 

Qeyd edək ki, Prupasla yanaşı, Azərbaycan millisinin liberosu Valeriya Korotenko da analıq məzuniyyətindədi.