16:43 21-10-2014
news_image
1750
TOP OYUNLARI

Azərbaycanlı futbolçudan İNANILMAZ SÜRƏT: 170 km yolu 45 dəqiqəyə

“Kəpəz”də icarə əsasında çıxış edən “Neftçi”nin futbolçusu Vurğun Fərəczadə Qubadan Bakıya qədər olan məsafəni maşınla 45 dəqiqəyə qət edib. Apasport.az saytının 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə 21 yaşlı futbolçunun özü sosial şəbəkədə qeyd edib.

 

O bildirib ki, avtomobilini saatda 190-200 km sürətlə idarə edib. Bunun nəticəsində də 168 kilometrlik məsafəni 45 dəqiqəyə qət edib. Maraqlıdır ki, 2013-cü ildə avtomobili ilə 2 nəfəri vuran və 1 nəfərin ölümünə səbəb olan "Neftçi"nin digər futbolçusu Araz Abdullayev sosial şəbəkədə Vurğuna maşını sürətli idarə etməməyi məsləhət görüb.