11:16 22-10-2014
news_image
409
TOP OYUNLARI

“Azəryol”un rəqibi darmadağın oldu

Qadın voleybolçular arasında Türkiyə Superkubokunun sahibi bilinib. Apasport.az saytının məlumatına görə, Ankarada baş tutan matçda ölkə çempionu və kubokunun sahibi “Vakıfbank” hər 2 yarışın finalçısı “Fənərbaxça” ilə üz-üzə gəlib.

 

Görüş elə də gərgin keçməyib. “Vakıfbank” Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Fənərbaxça”nı 3:0 (25:20; 25:18; 25:23) hesabı ilə məğlub edərək, kuboku baş üzərinə qaldırıb.

 

Qeyd edək ki, Bakı klubu “Fənərbaxça” ilk qarşılaşmasını fevralın 25-də səfərdə keçirəcək.