13:04 22-10-2014
news_image

2 azərbaycanlı 2 erməniyə qarşı

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışların 4-cü günündə daha 4 boksçumuz rinqə çıxıb.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk görüşdəcə Belarus nümayəndəsi Dmitri Asanauova məğlub olub – 1:2. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov isə Avropa birinciliyinə qələbə ilə başlayıb. Bokçumuz slovakiyalı Qarlik Lukasdan üstün olub – 3:0. Milli komandamızın üzvü bu gün keçiriləcək 1/4 final mərhələsində Ermənistan idmançısı Qnel Muradyanla qarşılaşacaq.

 

Yeniyetmələrin Olimpiya oyunlarının iştirakçısı Məsud Yusifzadə də (52 kq) ilk görüşdə qələbə qazanıb. Həmyerlimiz Şotlandiya təmsilçisi Lii Makqreqor üzərində qələbə qazanıb – 2:1. Yusifzadənin 1/4 finaldakı rəqibi Gürcüstanı təmsil edən Qaqik Pozoyan olacaq.

 

69 kq məki dərəcəsində çıxış edən Roman Zakirov məşqçilərin ümidlərini doğrultmayıb. Boksçumuz ilk görüşdə xorvatiyalı Luka Prtenjakaya məğlub olub – 0:3.

 

Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.