16:04 22-10-2014
news_image
1125
DİGƏR NÖVLƏR

Azərbaycanlı alpinistin Himalay dağlarında həlak olması təsdiqləndi

Murad Aşurlu federasiya prezidenti İsrafil Aşurlunun əmisi oğludur 
 

“Murad Aşurlunun qəzaya uğraması xəbəri çox güman ki, doğrudur. Bununla bağlı, federasiyanın prezidenti İsrafil Aşurlu ilə əlaqə saxlamaq istədim, amma zəngimə cavab vermədi. Araşdırıb öyrəndim ki, İsrafil müəllim Himalay dağlarına yollanıb, artıq Nepaldadır. Görünür, yayılan pis xəbər doğrudur”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov deyib.

 

Qeyd edək ki, Alpinizm Federasiyasının vitse-prezidenti S.Mursaqulov deyib ki, M.Aşurlu İsrafil Aşurlunun əmisi oğludur.

 

Nepal KİV-lərinin yaydığı xəbərə görə, Murad Aşurlu 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən bədbəxt hadisə ilə üzləşib. Uçqun nəticəsində onun öldüyü bildirilir.

 

 

 

*****

 

15:51

 

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

 

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

 

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

 

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciəvi hadisə baş verib.

 

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.